Şəkidə yük maşını yandı

sekide-yuk-masini-yandi
Oxunma sayı: 758


 “Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Böyük Dəhnə kəndində vətəndaşa məxsus “ZİL” markalı yük avtomobilinin banının yanar hissələri, arxa təkərləri və banına yığılmış 3 ton ot bağlaması yanıb.

 Yanğından avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 18.49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.