Şəkidəki ayı ilə bağlı daha bir açıqlama

sekideki-ayi-ile-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 4831

Qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb. 

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun verdiyi məlumata görə, hazırda ayı volyerdə müşahidə altındadır, bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.