Daxili İşlər Nazirliyi Şəkidəki qətllə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumata əsasən, hadisə yanvarın 29-da saat 20 radələrində qeydə alınıb.
Yerli polisə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıblar.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, öldürülən şəxs görmə məhdudiyyətli olub.
Son xəbərlər
Son Xəbərlər