Ötən gün Şəkidə səhər saatlarından başlayaraq yağan yağış günün sonun kimi davam edib.
“Qafqazinfo” kanal S-ə istinadən xəbər verir ki, sonradan doluya çevrilən leysan bir neçə dəqiqəlik də olsa Şəkini öz cənginə alıb. Dolunun qısa müddətli yağması və xırda olması səbəbindən rayonun infrastrukturuna heç bir ciddi ziyan dəyməyib.
Şəki Elektrik Şəbəkəsindən verilən məlumata görə, 95-ci kvartal adlanan ərazidə elektrik xətti açılıb. Ancaq şəbəkənin növbətçi briqadası həmin əraziyə yollanıb və açılan xət tez bir zamanda bərpa olunub.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bu cür hava şəraiti martın 8-i günorta saatlarına kimi davam edəcək. Bu müddət ərzində isə rayonda leysan xarakterli yağıntıların olacağı və bəzən də bu yağıntının dolu ilə müşahidə edilə biləcəyi bildirilib. Həmçinin bəzi ərazilərdə yağıntının intensivləşəcəyi, hətta sulu qara çevriləcəyi qeyd edilib. Tempratur isə digər günlərlə nisbətən 7-10 dərəcə aşağı enəcək.
Son xəbərlər
Son Xəbərlər