Səkkiz ildən sonra bu filmlə ekranlara qayıdır

sekkiz-ilden-sonra-bu-filmle-ekranlara-qayidir
Oxunma sayı: 2334

Səkkiz il davam edən fasilədən sonra amerikalı aktrisa Kameron Diaz yenidən səhnələrə qayıdır.

“Qafqazinfo” xəbər verir ki, özünü ailəsinə həsr etmək üçün 2014-cü ildə karyerasına son qoyan aktrisa yeni layihədə rol alacaq. Bu barədə 49 yaşlı aktrisa öz instaqram hekayəsində məlumat verib.

O, “Netflix” filmi olan “Yenidən fəaliyyətdə”də (“Back in Action”) amerikalı həmkarı Ceymi Foksla birlikdə rol alacaq.

Foks öz tviter hesabında bildirib ki, filmin istehsalına bu il başlanılacaq.

Qeyd edək ki, Dias sonuncu dəfə 2014-cü ildə “Annie” filminə çəkilib.

Nəzrin Cavadzadə