Səkkiz min borcu var, amma…

sekkiz-min-borcu-var-amma
Oxunma sayı: 662

Bir neçə gün bundan əvvəl ölkəmizdə olan türkiyəli müğənni Emrə Aydının konsertindən daha bir xoşagəlməz fakt üzə çıxıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, konsertdə Emrə Aydınla yanaşı çıxış edən Leyla Ramazanlı bu ifaçı ilə bir səhnəyə çıxmaq üçün təşkilatçılara 10 min manat verəcəyini vəd edib. Amma ifaçı verdiyi sözü tutmayıb. L. Ramazanlı bu günə qədər təşkilatçılara yalnız 2 min manat verib. Qalan pulu isə verməkdən boyun qaçırıb. Bu da tərəflər arasında qalmaqala səbəb olub.

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.


Sənətçinin prodüsseri Ceyhun Məhərrəmli saytımıza açıqlamasında deyib ki, Leyla Ramazanlı heç bir təşkilatçıya borclu deyil. Onun sözlərinə görə, Leyla heç kimə pul ödəməyib: “Təşkilatçılıq sıfır olub. Apar tulla. Heç kimə orada hörmət qoyulmayıb. Bu söhbəti kimsə çıxardıbsa, kişi kimi danışsınlar. İnsanların əziyyətin yerə vurmasınlar. Kişi kimi sözləri varsa üzümüzə desinlər. Leyla heç kimə qonorar ödəməyib” .