Səkkiz nəfərin öldürüldüyü hücumda o, dərs keçməyə davam edib - Foto

sekkiz-neferin-oldurulduyu-hucumda-o-ders-kecmeye-davam-edib
Oxunma sayı: 4539

Dünən Rusiyada Perm Dövlət Universitetində baş vermiş silahlı insident zamanı maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” “59.ru” portalına istinadən xəbər verir ki, universitetin daxilində əli silahlı tələbənin dəhşət saçdığı bir vaxtda müəllimlərdən birinin dərsi dayandırmadığı, adi qaydada dərsi keçməyə davam etdiyi məlum olub.

Belə ki, hücum zamanı Rus dili və stilistika kafedrasının professoru Oleq Sıromyatnikov rus ədəbiyyatı tarixi barədə mühazirə deyirmiş. Bu zaman tələbələrdən birinin anası təlaşla auditoriyaya daxil olaraq insident barədə məlumat versə də, Sıromyatnikov dərsini pozduğuna görə qadına narazılığını bildirib. Müəllim qadından qapını örtməyi və ona mane olmamağı tələb edib. Tələbələr də öz növbəsində müəllimə öz həyatları üçün təhlükə olduğunu və qorxduqlarını izah etməyə çalışıblar. O. Sıromyatnikov isə dərsi davam etmək fikrindən daşınmayıb və deyib: “Hə, nə olsun? Oxumaq istəmirsinizsə, oxumayın. Mən sizi məcbur edə bilmərəm. Kimsə avtomatla auditoriyaya daxil olsa və tələbələri dərslə məşğul olmağa məcbur etsə, maraqlı olardı”.

I kurs tələbəsi teraktı belə törədib - Video

Dərsi yalnız Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) tələbələrin təxliyyəsini başlatdıqda dayandırmaq mümkün olub. Tələbələrin sözlərinə görə, OMON müəllimin bu hərəkətindən şoka düşdüklərini bildirib. 

Müəllim Oleq Sıromyatnikov daha sonra bildirib ki, o, universitetin dekanının göstərişinə əsasən, dərsi dayandırmayıb. O bununla yanaşı, qeyd edib ki, atışma barədə ilk məlumatlar daxil olandan dərhal sonra auditoriyanın dəmir qapısını içəridən bağlayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. Atışma nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb. İnsident universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədilib.