Məşhur meksikalı aktrisa Salma Hayek “Red” jurnalına müsahibə verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı aktrisa müsahibəsində maraqlı fikirlər səsləndirib.
S. Hayek sevərək ailə həyatı qurduğunu bildirib:
“Sevib ailə həyatı qurmuşam. Ailə qurmaq mənim ən böyük uğurumdur. Ərim haradadırsa, mən də oradayam. Seks xoşbəxt ailənin açarı deyil. Ancaq ailə münasibətlərinə təsir edir. Əgər hər gün bu işlə məşğul olursansa, maraq itir. Romantika ailəni ayaq üstündə tutan yeganə şeydir”.
Xatırladaq ki, Hayek 54 yaşlı iş adamı Fransua-Henri Pinault ilə 2009-cu ildə ailə həyatı qurub. Cütlüyün 8 yaşlı qızı var.




Son xəbərlər
Son Xəbərlər