Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti ilə birlikdə dahi ingilis şairi və dramaturqu V.Şekspirin (26.04.1564-23.04.1616) vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirib.
"Qafqazinfo"nun məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Şekspirin azad düşüncəsi” mövzusunda çıxış etmişdir. Britaniya Şurasının direktoru Elizabet Vayt çıxış etmiş və muzeyə təşəkkürünü bildirib.
Sonra Qərb Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin ifalarında müxtəlif dillərdə Şekspirin sonet, poema və dram əsərlərindən parçalar səslənib.
Tədbirdə Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimova (fleyta), L.və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin 10-cu sinif şagirdi Teymur Əliyev (skripka), BMA-nın professoru Leyla Məmmədəliyevanın ifalarında Qara Qarayevin, Sergey Prokofyevin və başqa bəstəkarların Şekspirin pyeslərinə yazılmış musiqi əsərləri ifa edilmiş, videofraqmentlər nümayiş olunub.
Son xəbərlər
Son Xəbərlər