Məşhur ingilis şairi və dramaturqu Vilyam Şekspirin pyeslərinin ilk dəfə toplu şəkildə nəşr olunduğu “İlk folio” kitabı hərraca çıxarılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kitab hərracda təxminən 2,5 milyon dollara satılıb.
Günümüzə cəmi 232 nüsxəsi çatdığı düşünülən kitabda 36 teatr oyunu yer alıb.
Qeyd edək ki, Şekspirin ölümündən 7 il sonra, 1623-cü ildə nəşr olunan “İlk folio" ingilis ədəbiyyatının ən mühüm kitabı hesab olunur.
Son xəbərlər
Son Xəbərlər