Zimbabvedə yağan güclü yağış selin əmələ gəlməsinə səbəb olub.
“Qafqazinfo” “İHA”ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 246 nəfər dünyasını dəyişib. 128 nəfər isə yaralanıb. Sel minlərlə insanı evsiz qoyub.
Nəqliyyat naziri Joram Qumbo selin yolları məhv etdiyini, körpüləri uçurtduğunu qeyd edib. Təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmaq üçün 100 milyon dollara lazım olduğu vurğulanıb.


Son xəbərlər
Son Xəbərlər