Braziliyada aramsız yağan güclü leysan yağışları Rio-de-Janeyro şəhərində selə səbəb olub.
“Qaqfazinfo” DHA-ya istinadən xəbər verir ki, sel suları infrastruktura ciddi ziyan vurub, bəzi evləri uçurub.
İlkin məlumatlara görə, 3 nəfər dünyasını dəyişib. Təbii fəlakətə görə şəhərdə 3-cü dərəcəli təhlükə elan olunub.
Yağışların davam edəcəyi bildirilir.



Son xəbərlər
Son Xəbərlər