Səlahiyyətlərini müavini yerinə yetirəcək

selahiyyetlerini-muavini-yerine-yetirecek
Oxunma sayı: 2891

Prostat vəzi xərçəngindən əziyyət çəkən ABŞ müdafiə naziri Lloyd Ostin cümə günü Ordu Tibb Mərkəzində qeyri-cərrahi prosedurdan keçəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat katibi, general Patrik Rayder yazılı açıqlamada bildirib.

“Ostin əvvəllər bildirilmiş sidik kisəsi problemi ilə bağlı seçməli, minimal invaziv, qeyri-cərrahi prosedurdan keçəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, bu müddət ərzində Pentaqonun rəhbəri funksiyalarını nazirin birinci müavini Ketlin Hiks yerinə yetirəcək.