Selçuk Bayraktardan şəhidlərimizlə bağlı paylaşım

Selçuk Bayraktardan şəhidlərimizlə bağlı paylaşım
Oxunma sayı: 1762

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, S.Bayraktar bu barədə Tvitterdə yazıb.

“Bu gün Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın ağrısını ürəkdən paylaşırıq. Şəhid olan qəhrəman əsgərlərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram”, - Bayraktar bildirib.