Gəncə şəhəri və ətraf bölgələrdə yağan yağış bir sıra fəsadlar yaradıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən hissəsini sel suları basıb.
Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkəti dayanıb.
Bundan başqa sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib.
Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər gedir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər