Amerikalı müğənni Selena Qomes musiqiçi The Weeknd ilə sevgilidir.
“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, 24 yaşlı Selena ilə 26 yaşlı Abel Tesfaye Santa-Monikada “Giorgio Baldi” restoranından əl-ələ çıxarkən görüntüləniblər.
Cütlük daha sonra qucaqlaşaraq öpüşüb.
Qeyd edək ki, The Weeknd bir neçə ay öncə məşhur model Bella Hadidlə sevgili olub.

Son xəbərlər
Son Xəbərlər