Selena Qomezin səhhəti niyə pisləşib?

selena-qomezin-sehheti-niye-pislesib
Oxunma sayı: 3823

ABŞ-li məşhur müğənni Selena Qomezin əllərinin tez-tez titrəməsi pərəstişkarlarını qorxudub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qomez sosial şəbəkə hesabında əllərinin tez-tez titrəməsinin səbəbini izah edib.

"Böyrəklərimlə bağlı müalicədə istifadə etdiyim dərmanlar səbəbindən əllərim titrəyir", - deyə Qomez bildirib.

Belə ki, Qomezin paylaşdığı videolarda onun həmin problemi izləyicilərinin diqqətindən yayınmayıb.

Qeyd edək ki, Selena Qomezə uzun müddət öncə yaxın rəfiqəsinin böyrəyi köçürülmüşdü.