Hindistan vətəndaşı İrlandiyada selfinin qurbanı olub.
“Qafaqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə ölkənin qərbində yerləşən Kler qraflığında baş verib. Belə ki, 20 yaşlı gənc turistik yer olan Moher Qayalıqlarında özünü çəkmək istəyərkən müvazinətini itirib. O, 200 metr yüksəklikdən aşağı yuvarlanaraq dünyasını dəyişib. Gəncin Dublində universitetlərdən birində təhsil aldığı bildirilir. Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər