Səlim Müslümov Əfqanıstan nümayəndə heyəti ilə görüşüb

selim-muslumov-efqanistan-numayende-heyeti-ile-gorusub
Oxunma sayı: 649

DSMF-nın ictimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, fondun sədri Səlim Müslümov ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması ücün indiyə qədər görülən işlər barədə məlumat verib. O bildirib ki, hazırda Fondun fərdi uşot sistemində 95 ölkədən 12 825 əcnəbi vətəndaş qeydiyyatdadır və onlardan 5-i Əfqanıstan vətəndaşlarıdır.
S.Müslümov onu da nəzərə çatdırıb ki, ötən il Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində, ölkəmizdə sığorta-pensiya sistemində həyata kecirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstan Respublikasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bakıda keçrilən görüşlərin nəticəsi olaraq Əfqanıstan Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi ilə əməkdaşlığın əsası qoyulub və hazırda əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması üçün danışıqlar aparılır.

Sayed Zabiullah Savayz Azərbaycanda sığorta-pensiya sistemində qısa müddət ərzində həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin kecid dövrü ölkələri üçün nümunə olduğunu qeyd edib.

Nigar Məmmədli