Selin ortasına masa qurub şorba içdi - Fotolar

selin-ortasina-masa-qurub-sorba-icdi
Oxunma sayı: 1657

Türkiyənin Yozqat şəhərində də güclü yağışlar daşqın və selə səbəb olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, yerköydə leysan yağışından sonra gölə dönən yolun ortasında qəribə hadisə baş verib.

Vətəndaşlardan biri dizədək çıxan suda masa və stul qoyaraq şorba içməyə başlayıb. Ətrafdakılar onun bu hərəkətini təəccüblə izləyiblər.

Polisin müdaxiləsindən sonra vətəndaşın masası yığışdırılıb.