“Şelkunçik” tamaşasının premyerası olacaq

selkuncik-tamasasinin-premyerasi-olacaq-
Oxunma sayı: 718


Birinci  hissə vokal və xoreqrafiq nömrələr, teatrallaşdırılmış ədəbi - musiqili kompazisiyalardan ibarət olacaq. Konsertdə Macarıstanda keçirilmiş Beynəlxalq müsabiqənin Qran – Pri laureatı Məmmədova Səbinə, Çexiya və Bolqarıstanda 2 dərəcəli xoreqrafiya üzrə mükafata, Macarıstanda qızıl medala layiq görülmüş Yusubova Leyla, Moskvada keçirilən “Canlı klassika” beynəlxalq müsabiqənin qalibi Arıxova Nəzrin, Bir çox beynəlxalq vokal müsabiqələrinin qalibi, “Günay” rəqs ansamblı Macarıstanda keçirilən Beynəlxalq müsabiqənin Qran – Pri mükafatçıs Tahirov Eldar iştirak edəcəklər. 

İkinci hissədə isə “Şelkunçik” tamaşasının premyerası olacaq. Tamaşa Qofmanın eyniadlı nağılı əsasında hazırlanıb. Tamaşada Çaykovskinin musiqilərindən istifadə olunub. Baş rollarda Kainbekova Elina, Korşunov Maksim, Yusubova Leyla, Mürşüdova Leyla, Aslanova Gülər, Şeqlov Akim çıxış edirlər. Qeyd edək ki, ssenari müəllifi, quruluş və musiqi tərtibatı teatr studiyasının rəhbəri Larisa Tarusovaya, rəqslərin quruluşu isə Günəş Talıbovaya məxsusdur.