“Seltik” Cəbəllütariq klubuna uduzdu - Qolu polis işçisi vurdu+Video

seltik-cebellutariq-klubuna-uduzdu
Oxunma sayı: 3065

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçlarda gecənin sürprizi Cəbəllütariqdə qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, öz meydanında Şotlandiya nəhəngi "Seltik”i qəbul edən "Linkoln Red” komandası minimal hesablı qələbə qazanıb – 1:0.

Məşhur baş məşqçi Brendan Rocersin çalışdırdığı "Seltik”in yarımpeşəkar komandaya məğlub olması hamı üçün gözlənilməz olub.

Maraqlı məqam burasındadı ki, "Linkoln Red”ə qələbə qazandıran qolun müəllifi olan Li Kaskiaro peşəkar futbolçu deyil. O, ölkəsində polis işçisi kimi fəaliyyət göstərir.

"Linkoln Red" 1-0 "Seltik"

Qol: Li Kaskiaro 48`.