“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qarabağ"ın gənc futbolçusu Qara Qarayev "Seltik"lə matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Gənc futbolçu "Seltik"in futbolçularının meydanda provakasiya etdiklərini deyib: "Seltik"in futboloçuları meydanda futboldan başqa hər şeylə məşğul idilər. Provakasiya edirdilər. Əsas da kapitanları. "Seltik"ə simpatiyam var idi, lakin bu gündən sonra, uduzduğumuza görə yox, onların futbolçularının etdiyi hərəkətlərə görə heç vaxt bu komandaya azarkeşlik etmərəm. Meydanda artıq hərəkət edirdilər, söyüş söyürdülər".
Qara Qarayev komandadan futbolçuların getməsini və yeni transferlərin komandaya alışmamasının da oyunlarına təsir etdiyini deyib: "Ötən ilki oturmuş komandamızdan bir neçə oyunçu getdi. Bəli bu oyunumuza təsir edir. Bu gün alınmadı. Ümüd edirəm növbəti oyunlarda alınacaq. Yeni transferlər də komandaya alışacaq və daha yaxşı oynayacağıq".
Son xəbərlər
Son Xəbərlər