“Semaşko”dan şikayəti olanların nəzərinə!

semaskodan-sikayeti-olanlarin-nezerine
Oxunma sayı: 2347

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, aprelin 29-u nazirliyin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşları qəbul edəcək. 

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.