Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Zaur Əsgərova hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Z.Əsgərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Zərərçəkmiş Aygün Mehmandarlıdır. O, məhkəmədə ifadə verərək, ona dəyən ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər