“Qafqazinfo”nun məlumatına görə, xalq artisti bildirib ki, ekran işi bir müddət öncə hazır olsa da “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar olaraq bu gün təqdim edib:
“Bu mahnını 15 il öncə ifa etmişdim. Dinləyicilərin istəyini nəzərə alıb, yeni aranjemanda ifa etdim. Daha sonra isə qərara aldım ki, bu bəstəyə klip çəkdirim. Hər kəsə məlumdur ki, bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçiriləcək. Artıq bir aydan da az vaxt qalıb. Dünyanın bir çox ölkələrindən ölkəmizə idmançılar gələcək. Mən də bir müğənni kimi Avropa Oyunlarına bir tövhəm olsun. Klipdə paytaxtımızın tarixi məkanları əks olunub”.
Qeyd edək ki, “Azəri balasıyam” adlı klipin rejissoru Əli, prodüseri Rövşən Cəfərovdur.
Son xəbərlər
Son Xəbərlər