Səməd Seyidov təkzib etdi - “Yalan məlumatdır”

semed-seyidov-tekzib-etdi
Oxunma sayı: 4088

Səməd Seyidov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, jurnalistlərə açıqlama verən Komitə sədri yayılan məlumatların əsassız olduğunu deyib:

“Səhhətimlə əlaqədar budəfəki sessiyaya qatıla bilmədim. Məni müavinim Vüsal Hüseynov əvəzlədi. Lakin Azərbaycan öz fəaliyyətini uğurla davam etdirir. Nümayəndə heyəti yüksək səviyyədə ölkəmizi təmsil edib. Bu məlumatlar Azərbaycana mənfi imic gətirmək üçün yayılıb. Yaxşı olar ki, belə məsələlərdə birinci mənimlə əlaqə saxlanılsın”.

Qeyd edək ki, bu barədə məlumatı haqqın.az saytı yaymışdı.

Günel