Səməd Seyidovun dairəsində 1 məntəqə etibarsız sayıldı

semed-seyidovun-dairesinde-1-menteqe-etibarsiz-sayildi
Oxunma sayı: 1164

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 107 saylı Qazax  seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Namizəd Ramil Göyüşov şikayətində bildirib ki, seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub. 12 məntəqə üzrə 20-yə yaxın videogörüntü şikayətə əlavə edilib. 

MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 2 saylı məntəqədə seçkilərin nəticəsi etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Səməd Seyidovdur.

Günel Türksoy