Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılışı oldu

semed-vurgunun-ev-muzeyinin-yeni-ekspozisiyasinin-acilisi-oldu
Oxunma sayı: 943


“Qafqazinfo”nun məlumatına görə, muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdirir.

Xatırladaq ki, S.Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.