Rusiyanın “Krılya Sovetov” klubu əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədovla yolları ayırmağa qərar verib.
“Qafqazinfo” xəbər verir ki, bunu klubun direktorlar şurasının sədri Aleksandr Fetisov deyib.
Onun sözlərinə görə, tərəflər qarşılıqlı razılıq əsasında bağlanılan müqaviləyə xitam verəcək.
Qeyd edək ki, Səmədov “Krılya Sovetov”a bu ilin yanvarında "Spartak"dan keçib.
Son xəbərlər
Son Xəbərlər