Səməndər Rzayevin xatirə gecəsi

semender-rzayevin-xatire-gecesi
Oxunma sayı: 1559


Mədəniyyət və Turizm Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, xatirə gecəsində aktyorun rola aldığı filmlərdən fraqmentlər nümayiş olunacaq, sənət dostlarının xatirələri dinləniləcək.

Qeyd edək ki, S. Rzayev 1945-ci ildə Ağsu rayonunda anadan olub. 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.

Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada müxtəlif tamaşalarda rol alıb.

S. Rzayev teatr fəaliyyəti ilə yanaşı “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib.