Semih Şentürk yenidən “Fənərbaxça”da

semih-senturk-yeniden-fenerbaxcada
Oxunma sayı: 1843

Türkiyə yığmasının sabiq hücumçusu Semih Şentürk yetirməsi olduğu “Fənərbaxça”ya qayıdıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 37 yaşlı keçmiş futbolçunun bundan sonra bu klubun futbol akademiyasında məşqçi kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Semih Şentürk 2001-2013-cü illər aralığında “Fənərbaxça”nın formasını geyinib, 277 oyunda 89 qola imza atıb. O, bu komanda ilə 5 dəfə Türkiyə çempionu olub.