Şəmkir sakini dəm qazından zəhərlənib

semkir-sakini-dem-qazindan-zeherlenib
Oxunma sayı: 1063

Şəmkirdə dəm qazından zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1940-cı il təvəllüdlü Akif Məmmədov dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə A. Məmmədov yaşadığı evin yataq otağında olarkən dəm qazından zəhərlənib.