Şəmkirdə 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Yeni Həyat kəndinin sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.
Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər