Şəmkir sakini Gədəbəydə qəzada öldü

semkir-sakini-gedebeyde-qezada-oldu
Oxunma sayı: 2231

Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 3-də saat 12 radələrində qeydə alınıb. 

Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.