“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verildi

semkircay-sutemizleyici-qurgular-kompleksi-istifadeye-verildi
Oxunma sayı: 1641

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.

Dövlət başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb.

Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.