Şəmkirda partlayış, 1 qadın yaralandı

semkirda-partlayis-1-qadin-yaralandi
Oxunma sayı: 1287

Şəmkir rayonunda evdə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 3-də saat 08 radələrində Şəmkir rayonunun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış olub. Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, E.Mehdiyevin arvadı Günay xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Murad Əhməd