Şəmkirdə 17 yaşlı oğlanı maşın vurdu

semkirde-17-yasli-oglani-masin-vurdu
Oxunma sayı: 1194

Şəmkirdə avtomobil piyadanı vurub.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Vəliyev Rəşad Qəzənfər oğlunu avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 17 yaşlı gənc əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, sonra isə Gəncə şəhərindəki tibbi ocaqlarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.