Şəmkirdə 2 ev yandı

semkirde-2-ev-yandi
Oxunma sayı: 1367


“Qafqazinfo” xəbər verir ki, yanğın Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqda olub. Evin 1 otağının döşəməsi 10 kv.m sahədə və ev əşyaları qismən yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaqda baş verib. Belə ki, həmin evin aynabəndi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.