Şəmkirdə 2 mərtəbəli ev yandı

semkirde-2-mertebeli-ev-yandi
Oxunma sayı: 1454

Şəmkir rayonunda ümumi sahəsi 500 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 74 m² sahədə və bitişik, ümumi sahəsi 270 m² olan talvarın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.