Şəmkirdə 25 yaşlı qadın döyülüb - Keçmiş əri tərəfindən

semkirde-25-yasli-qadin-doyulub
Oxunma sayı: 1617

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Düyərli kənd sakini, 1990-cı il təvəllüdlü Ulduz Qurbanova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, U. Qurbanova boşandığı həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.