Şəmkirdə 4 nəfər dəm qazından zəhərləndi, üçü azyaşlıdır

semkirde-4-nefer-dem-qazindan-zeherlendi-ucu-azyaslidir
Oxunma sayı: 1597

Şəmkirdə iki ailənin 4 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zəhərlənənlərin üçü azyaşlıdır. Belə ki, 2003-cü il təvəllüdlü Məmmədova Tamara Şükür qızı, 2014-cü il təvəllüdlü Məmmədov Yusif Şükür oğlu, 2021-ci il təvəllüdlü Baytarov Elman Azər oğlu və 2022-ci il təvəllüdlü Baytarov Nihat Azər oğlu dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, hadisə bu gün saat 15:05 radələrində baş verib: “Dəm qazından zəhərlənmə diaqnozu ilə 4 nəfər (2003-cü təvəllüdlü (qadın cinsi olmaqla), 2021-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2022-ci il təvəllüdlü (kişi cinsi olmaqla), 2014-cü il təvəllüdlü (kişi cinsi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələrinə davam etdirilir. Birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti stabil qiymətləndirilir”.

Lamiyə Məmmədova