Şəmkirdə yanğın olub.
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidə 30 m2 sahəyə yığılmış köhnə ev əşyaları və taxta tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər