Şəmkirdə 83 yaşlı kişi 73 yaşlı qohumu tərəfindən öldürüldü

semkirde-83-yasli-kisi-73-yasli-qohumu-terefinden-olduruldu
Oxunma sayı: 2447

Oktyabrın 25-də saat 16 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Şəmkir rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin qohumu 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.