Şəmkirdə 84 yaşlı kişi özünü asdı

semkirde-84-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 783

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Qasım İsmayılov kəndində baş verib. 1933-cü il təvəllüdlü Mehdiyev Mehdi Tapdıq oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.