Şəmkirdə azyaşlını maşın vurub.
"Qafqazinfo" nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini 2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər