Şəmkirdə ağır qəza- - 2 ölü, 2 yaralı

semkirde-agir-qeza-
Oxunma sayı: 948


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avqustun 27-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində Daşbulaq kənd sakini Namiq Seyidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. N.Seyidovun sərnişinlərindən həmkəndliləri Rübabə Cabbarova və Ayna Qarayeva hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.