Şəmkir rayonunda “QAZ” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər