Şəmkirdə ağır qəza, ölənlər var - İkisi qardaşdır

semkirde-agir-qeza-olenler-var
Oxunma sayı: 2670

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə “Kraz yolu” adlanan yolda baş verib. 

Belə ki, hərəkətdə olan  minik avtomobilinin aşması nəticəsində 3 nəfər, 43 yaşlı Habil və 47 yaşlı Şahin Əmiraslanov qardaşları, 37 yaşlı Ramil Əmiraslanov ölüb.

Faktla bağlı araşdırma aparılır.     

Elmar Əli