Şəmkirdə ağır yol qəzası - Ölən və yaralananlar var

semkirde-agir-yol-qezasi
Oxunma sayı: 2178

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində ağır xəsarətlər alan 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev vəfat edib.

2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü, Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev